İyulun 20-da Türkiyənin Suruç şəhərindəki mədəniyyət mərkəzində terror aktı törədilib. Baş vermiş terror aktın heç bir qruplşma öz üzərinə götürməsə də, hadisəni İŞİD-in törətdiyi iddia olunur. Türkiyədə bəzi dairələr bu terror aktında AKP-nin də əlinin olduğun bildirirlər.
Vətəninfo.az bildirir ki, politoloq Fərhad Mehdiyev terror aktı ilə bağlı fikirlərini Ölkə.Az-a danışıb:
"Partlayış sosialist bir təşkilatın tədbirində baş verib. Deyə bilərlər, bunu niyə vurğulayırsınız? Sosialist bir təşkilat bunu etdiyinə görə, sağ kəsimin bu terror katıını törətməkdə müəyyən bir motivi ola bilər. Kobani məsələsi yaxın zamanda olduğu üçün İŞİD-dən şübhələnilməsi düzgündür. Türkiyədə terror törədə biləcək təşkilatlar bəllidir - PKK, ancaq PKK solçu təşkilatdır. PKK heç vaxt bu terroru etməz. Milliyətçi təşkilatlar var ancaq onlar da belə bir hərəkətə yol verməzlər. Onlar indiyənə qədər belə bir addım atmayıblar və onların praktikasında bu yoxdur. Radikal dini qruplara gələndə Türkiyədə radikal dini qrupların indiyənə qədər belə bir addım atmadıqlarına görə bu şübhədən azad olurlar. Yerdə qalır İŞİD, ancaq İŞİD-in bunu etməsi ilə bağlı dəqiq xəbər yoxdur. İŞİD-in bunu etməyə motivləri var. İŞİD eyni zamanda Kobaniyə də iddialı idi. Bu məsələdə təhlükəverici siqnal artıq Türkiyə İŞİD-in fəaliyyət sahəsinə daxil olmasıdır.
Türkiyədə bu hadisə ilə bağlı insanlar günahkar axtaranda günahkar kimi AKP höküməti olacaq. Səbəb də odur ki, AKP höküməti İŞİD-in Türkiyədə əl-qol atmasına şərait yaradıb. Bəziləri hətda deyir ki, bu hadisənin arxasında AKP höküməti var, ancaq bu fikirlə qətiyyən razı deyiləm. Türkiyədə 7 iyun seçkilərindən əvvəl HDP-nin bir mitinqində partlayış oldu. Əksinə, bu cür partlayışlar AKP-nin xeyirinə deyil, zərərinədir. Bu partlayışlar kürd seçicilərin bir araya gəlmələrinə, HDP-yə səs verməsinə gətirib çıxardı. Türkiyədə ehtimal olunan təkrar seçkilər baş verərsə, kürdlərin yenə HDP-yə səs verməsinə gətirib çıxardacaq. Bu partlayış olmasa idi kürdlərin bir qismi yenə AKP-yə səs verərdi, ancaq bu partlayışdan sonra kürdlər AKP-yə səs verməyəcək. Ərdoğan hesablayırdı ki, təkrar seçkilərdə HDP-yə səs verən kürdlər AKP-yə səs versinlər ancaq kürdlər bundan sonra yenə HDP-yə səs verəcək", - deyə Mehdiyev bildirib.