Türkiyə İŞİD və PKK-nı eyni anda bombaladı

Türkiyə İŞİD və PKK-nı eyni anda bombaladı
Türkiyə Silahlı Qüvvələri "Fırtına” topları ilə İŞİD-in 10 mövqeyinə zərbə endirib.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb.
 
Məlumata görə, Suriyanın şimalındakı Baragitah, Telahmar və Şabaniyə ərazilərində yerləşən terrorçuların mövqeləri hədəf alınıb.
 
Hücum zamanı 8 İŞİD-çinin öldürüldüyü və onlara aid silah-sursat anbarlarının məhv ediliyi açıqlanıb.
 
Bundan əlavə, Türkiyə Hərbi Hava Qüvvələrinin Hakkaridə Mirqesav və Dağlıca mahallarında keçirdiyi əməliyyatlar nəticəsində PKK-nın mövqeləri bombalanıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az