Türkiyə-İsveç danışıqları dalana dirəndi- PKK bayrağı ilə bağlı qalmaqaldan sonra

Türkiyə-İsveç danışıqları dalana dirəndi- PKK bayrağı ilə bağlı qalmaqaldan sonra
"NATO-ya üzvlük prosesi ilə bağlı Türkiyə ilə danışıqlar Sol partiyadan olan deputatların PKK bayrağını qaldırmasından sonra daha da çətinləşib”.

Azpost.info xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde deyib.

"Türkiyə mediası bu və buna bənzər hadisələri daim işıqlandırır. İsveç qanunlarına görə, bu, söz azadlığıdır. Lakin düşünürük ki, bu, hökumət üçün çox uyğun olmayan bir vəziyyətdir”, – Linde bildirib.

O əlavə edib ki, nümayəndə heyətlərinin sonuncu görüşü avqustun 26-da İsveçdə keçirilməli idi. Lakin görüş bir sıra səbəblərdən Finlandiyada keçirilməli oldu.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az