Türkiyə nüvə silahı hazırlayır... - Alman kəşfiyyatından sensasion iddia
Almaniyanın kəşfiyyat idarəsi BND-nin keçmiş əməkdaşı, hazırda jurnalist kimi fəaliyyət göstərən Hans Rühle "The National Interest"də qələmə aldığı bir yazıda, Türkiyənin nüvə silahı istehsal etmə qabiliyyətinin artdığını bildirib.
Avropa.info xəbər verir ki, Hans Rühle qələmə aldığı yazıda İran, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Misir, Yaponiya, Braziliya və Türkiyəni nüvə silah istehsal edən "şübhəli dövlətlər" adlandırıb.
"Türkiyəni son zamanlar çox yaxından təqib edən alman kəşfiyyatı və Qərb kəşfiyyatı, Ankaranın nüvə silahı istehsal etmə imkanlarının artdığına dair böyük şübhələrə malikdir. Bu şübhələr yalnız nüvə silahları deyil, bunları atma qabiliyyətini də birləşdirir".
Türkiyənin uzun bir müddətdir ki, "haqlı nüvə proqramına" başladığını qeyd edən Rühle, 2011-ci ildə Türkiyənin böyük nüvə reaktorları üçün Rusiya ilə 20 milyard dollarlıq saziş imzaladığını bildirib.
"İki il sonra analoji müqavilə Yaponiya-Fransa konsorsiumu ilə 22 milyard dollar nisbəti ilə imzalanıb. Ərdoğan həmçinin başqa bir nüvə kompleksin yerli kadrlar tərəfindən inşa edəcəyini bildirib. Bütün bunlarda problem yoxdur deyə bilərik. Ancaq sazişlər əhatəli bir şəkildə analiz edildikdə , layihələrin təkcə enerji ilə bağlı olmadığı aydınlaşır. Çünki, Türkiyə uzun müddətdir hərbi nüvə variantına da qapısını açır".
Hans Rühleye görə, Türkiyə nüvə enerji stansiyalarında zənginləşdirilmiş uran hasilatını da hədəfləyir.
"Bu hədəflər rus və fransız-yapon şirkətlərinə edilən təkliflərdə də ortaya qoyulmuşdu. İki müqavilədə müzakirə olunan məsələlərdən ən başlıcası istehsal edilən uranın və yanacaq çubuqlarının geri dönüşüdür. Ancaq Ankara hökuməti bu qərar üçün hər hansı bir konkret mövqe ortaya qoymadı" deyə keçmiş alman kəşfiyyatçısı qeyd edib.
Miq.az