Türkiyə qoşun yeritdi - Savaş başladı
Sentyabrın 8-də Türkiyə quru qoşunları İraqın şimal hissəsi ilə
sərhədi keçib. 2011-ci ildən bəri ilk dəfə olaraq Türkiyə quru qoşunları
İraqa daxil olur. Məqsəd son bir neçə gündə 31 türk polisini qətlə
yetirmiş kürd yaraqlılarını təqib etməkdir.
Vətəninfo.az "Qafqazinfo”ya istinadla
xəbər verir ki, rəsmi «Anadolu» agentliyinin məlumatına görə, 150 türk
əsgəri İraqın şimalına daxil olur. Onlar Türkiyədəki hücumlardan sonra
qaçmış PKK yaraqlılarını məhv etməyi hədəfləyir.
Bu
addım ABŞ-ın regionda «İslam Dövləti» silahlı qruplaşmasına qarşı
mübarizə işiylə ziddiyyət təşkil edir. Belə ki, indi Türkiyə Suriya və
İraqda İD-nin ələ keçirdiyi torpaqları geri qaytarmağa çalışan
döyüşçüləri hədəfə alıb.
Türkiyə rəsmiləri
İraqın şimalındakı əməliyyat üçün konkret vaxt göstərməyib. Ancaq bir
rəsmi əməliyyatın «qısamüddətli» olduğunu bildirir. Türkiyə qırıcıları
silahlıların düşərgələrinə daha çox zərbələr endiriblər.
Son
günlər Türkiyədə hökumət qüvvələri ilə kürd silahlılar arasında
gərginlik artıb. PKK hücumları nəticəsində sentyabrın 6-dan bəri azı 31
türk hərbçisi və polis qətlə yetirilib.
Türkiyə
iyulda ABŞ-ın İD-ə qarşı koalisiyasına qoşulub. ABŞ təyyarələri və
pilotsuz qurğularının Türkiyə hava bazalarından istifadəsinə icazə
verilib.
Ancaq Türkiyə daha çox PKK ilə savaşa
fokuslanıb. Prezident Recep Tayyip Ərdoğan deyib ki, İD Türkiyə üçün
PKK-dan daha az təhlükə törədir.
Türkiyənin
PKK-ya qarşı quru və hava hücumları isə Birləşmiş Ştatlar və
müttəfiqləri üçün çətin durum yaradır. Belə ki, kürdlər Suriya və İraqın
şimalında İD-ə qarşı vuruşan əsas qüvvədir.
Türkiyədə
kürdpərəst partiyadan Nazmi Gur deyir ki, Türkiyənin quru müdaxiləsi
İraqın şimalının və Suriyanın İD-dən azad olunması səylərini
əngəlləyəcək: «Türkiyə istəsəydi də, «Daesh»ə (İŞİD-in slenq adı) bundan
artıq kömək edə bilməzdi».
Birləşmiş Ştatlar Türkiyə hökuməti və PKK-nı danışıqlar masasına qayıtmağa çağırıb.
«Türkiyə və PKK-nın sülhə nail olmaq prosesinə qayıtması vacibdir», - Ağ Evin sözçüsü Josh Earnest deyib.
Tənqidçilər
Ərdoğan-ı seçkini qazanmaq məqsədilə kürdlərlə savaşı qızışdırmaqda
ittiham edirlər. 2013-cü ildə kürdlərlə atəşkəs əldə olunmuşdu.
Belə
ki, prezidentin millətçilərin səsini qazanmaq istədiyi iddia olunur.
İyunda keçirilən seçkilərdə kürdpərəst HDP-nin parlamentə keçməsi ilə
hakim AKP çoxluğu itirdi. Türkiyədə noyabrın 1-də təkrar seçki
keçiriləcək. Ərdoğan ittihamları rədd edir. /azadliq.org/