Türkiyə XİN Azərbaycan xalqını təbrik edib

Türkiyə XİN Azərbaycan xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bununla bağlı Türkiyə XİN-in saytında məlumat verilib.

"İşğal altındakı torpaqlarını qəhrəman bir mücadilənin nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi qələbəsi həm də bütün regionda davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasında mühüm rol oynayıb.

Türkiyə işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası da daxil olmaqla bütün Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycanla tam həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək”, – təbrikdə deyilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az