Bu gün Avro-2016-nın seçmə
mərhələsi çərçivəsində IX tura yekun vurulacaq.
Vətəninfo.az-ın Apasport.az-a istinadla məlumatına görə, 3 qrupda 9 qarşılaşma baş tutacaq.
A qrupunda yalnız pley-offa vəsiqə verən 3-cü yer uğrunda mübarizə davam edəcək. Çexiya ilə İslandiya Fransaya vəsiqəni təmin etdiyindən Türkiyə və Hollandiya üçüncülük üçün qiyabi "savaşacaq”. Qonşu ölkə təmsilçisi 2 xal öndə olsa da, son qarşılaşmalarını qrup liderlərinə qarşı keçirəcəyindən çətin vəzifənin öhdəsindən gəlməlidi. "Ay-ulduzlular”ı bu gün Çexiya səfərində ağır qarşılaşma gözləyir. Hollandlar isə Qazaxıstana səfərdə qalib gəlib, Fatih Terimin komandasının məğlubiyyətinə ümid etməli olacaq.
B qrupunda 4 komanda şansını qoruyur. Amma Uelslə Belçikanın birbaşa vəsiqələrə sahib çıxmaq şansları daha yüksəkdi. Britaniyalılar bu gün Bosniya və Herseqovina səfərində qalib gəlsə, bu işin öhdəsindən gələcək. Lakin üçüncülük şansını davam etdirən Bosniya da asan təslim olmaq fikrində deyil. Bu turda Belçikanın işi daha asan olacaq. Belçikalılar aşkar autsayder Andorraya çətin ki, sensasiya imkanı versinlər.
Azərbaycan yığmasının da yer aldığı H qrupunda artıq bu gün ilk iki yerin sahibinin adına aydınlıq gələ bilər. Bakıda yığmamızın qəbul edəcəyi İtaliya qələbə qazanarsa, Fransaya bileti sifariş edəcək. Maltanı sınağa çəkəcək Norveç isə Xorvatiyanın xal itirəcəyi halda Avro-2016-ya yüksələcək. Sonuncuların uduzmaması isə Bolqarıstanın play-offa cüzi şanslarının üstündən xətt çəkəcək.
AVRO-2016-nin seçmə mərhələsi
10 oktyabr
A qrupu
21:00. İslandiya - Latviya
21:00. Qazaxıstan - Hollandiya
23:45. Çexiya – Türkiyə
|
1 |
İslandiya |
8 |
6 |
1 |
1 |
15-3 |
19 |
|
2. |
Çexiya |
8 |
6 |
1 |
1 |
16-10 |
19 |
|
3. |
Türkiyə |
8 |
3 |
3 |
2 |
11-9 |
12 |
|
4. |
Hollandiya |
8 |
3 |
1 |
4 |
13-10 |
10 |
|
5. |
Latviya |
8 |
0 |
4 |
4 |
4-15 |
4 |
|
6. |
Qazaxıstan |
8 |
0 |
2 |
6 |
5-16 |
2 |
B qrupu
23:45. Andorra - Belçika
23:45. Bosniya və Herseqovina - Uels
23:45. İsrail - Kipr
|
1. |
Uels |
8 |
5 |
3 |
0 |
9-2 |
18 |
|
2. |
Belçika |
8 |
5 |
2 |
1 |
17-3 |
17 |
|
3. |
İsrail |
8 |
4 |
1 |
3 |
14-9 |
14 |
|
4. |
Bosniya və H. |
8 |
3 |
2 |
3 |
12-10 |
11 |
|
5. |
Kipr |
8 |
3 |
0 |
5 |
12-13 |
9 |
|
6. |
Andorra |
8 |
0 |
0 |
8 |
3-30 |
0 |
H qrupu
21:00. Azərbaycan - İtaliya
21:00. Norveç - Malta
23:45. Xorvatiya - Bolqarıstan
|
1. |
İtaliya |
8 |
5 |
3 |
0 |
11-5 |
18 |
|
2. |
Norveç |
8 |
5 |
1 |
2 |
10-8 |
16 |
|
3. |
Xorvatiya |
8 |
4 |
3 |
1 |
16-5 |
14* |
|
4. |
Bolqarıstan |
8 |
2 |
2 |
4 |
7-9 |
8 |
|
5. |
Azərbaycan |
8 |
1 |
3 |
4 |
6-13 |
6 |
|
6. |
Malta |
8 |
0 |
2 |
6 |
3-13 |
2 |
* - Xorvatiyanın hesabından 1 xal silinib.