Türkiyənin İzmir, Kahramanmaraş və Konya vilayətlərində Ebola virusu şübhəsi ilə üç nəfər xəstəxanaya yerləşdirilib.
Vətəninfo.az məlumat verir ki, xəstəxanaya yerləşdirilənlərdən biri Somalidə təhsil alıb ölkəyə qayıdan türkiyəli tələbə, digərləri isə Səudiyyə Ərəbistanında Həcc ziyarətindən qayıdanlardır.
Beləliklə, Türkiyədə Ebola virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı beş nəfərə çatıb, onlardan dördü Həcc ziyarətindən qayıdan şəxslərdir.
Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.
Türkiyənin 36 vilayətində ölkədə baş verə biləcək Ebola virusuna yoluxma halları ilə bağlı 45 xüsusi xəstəxana ayrılıb. Xüsusi təyinatlı xəstəxanalar əsasən beynəlxalq aeroportların mövcud olduğu vilayətlərdə ayrılıb. Həmçinin Ankarada 3, İstanbulda 2 belə xəstəxana ayrılıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib