Türkiyədə “admiralların qiyamı”na kim rəhbərlik edib? – Şok iddia

Türkiyədə “admiralların qiyamı”na kim rəhbərlik edib? – Şok iddia

Türkiyədə "qiyam bəyanatı”na imza atan 104 keçmiş admirala rəhbərlik edən şəxsin kimliyi məlum olub.

Miq.Az xəbər verir ki, Türkiyə mediası həmin şəxsin İyi Partiya sədrinin köməkçisi Ərgün Məngin olduğunu üzə çıxarıb.

"104 admiralın yayımladığı "qiyam bəyanatı”nda bir nömrəli şəxsin keçmiş admiral Ərgün Mənginin İyi Partiya sədrinin köməkçisi olduğu ortaya çıxıb”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, dünən 104 keçmiş admiral Türkiyə milli təhlükəsizliyi və maraqlarını hədəfə alan bəyanat yayıb. Bəyanatda qiyama çağırış edilib. Türkiyə Baş Prokurorluğu bəyanatın yayılmasından sonra cinayət işi açıb, admirallar saxlanılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az