Türkiyədə fövqəladə vəziyyət rejimi -Daha üç ay uzadıldı

Türkiyədə fövqəladə vəziyyət rejimi -Daha üç ay uzadıldı

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb.

 Anadolu Agentliyinin məlumatına görə, Türkiyə Nazirlər Kabinetinin fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.

Fövqəladə vəziyyət rejimi aprelin 19-da gecə saat 01:00-dan etibarən yenidən tətbiq olunacaq.

Xatırladaq ki, hazırda qüvvədə olan fövqəladə vəziyyət rejimi ötən ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib və aprelin 19-da başa çatır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az