Türkiyədə polis genişmiqyaslı əməliyyatlara başladı

Türkiyədə polis genişmiqyaslı əməliyyatlara başladı
Türkiyənin müxtəlif vilayətlərində PKK və İŞİD üzvlərinə qarşı dünən başladılan əməliyyatlar bu gün də davam etdirilib. 
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər verir ki, İstanbulun Beyoğlu bölgəsində əvvəlcədən müəyyən olunmuş yerlərdə keçirilən əməliyyat axtarış tədbirləri zamanı bir çox şəxs həbs olunub. 
İstanbul polis idarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən başladılan əməliyyatlar bu gün səhər saatlarında da davam edib. 
Konya polisinin başlatdığı əməliyyatlar çərçivəsində də  Ankara və İzmirdə xeyli sayda İŞİD üzvü saxlanılıb. 
Ümumiyyətlə dünən başladılan əməliyyatlar zamanı 22 vilayətdə 320 nəfərin saxlanıldığı bildirilir. 
Əməliyyatlar davam edir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az