Türkiyədə sarımsaq gözəli seçildi
Türkiyənin Kastamonu şəhərində 29-cu Beynəlxalq Mədəniyyət və Sarımsaq Festivalı çərçivəsində gözəllik yarışması təşkil edilib.
Yarışmada festival gözəli Macarıstan xalq oyunu qrupundan Fannt Stabo, sarımsaq gözəli Makedoniya xalq rəqsləri qrupundan Eva Stankowsko, Pompeiopolis gözəli isə Türkiyədən Kübra Aksöz olub.
Qızlar əvvəlcə xalça üzərində addımlayıb, daha sonra rəqs edərək müsabiqədə mübarizə aparıblar. 6 nəfərdən ibarət münsiflər heyəti qalibləri bir-birindən gözəl 15 gənc qızın içərisindən 2 saat davam edən səsvermənin sonunda seçib.
Müsabiqə nəticəsində gözəllik taxtına oturmağa haqq qazanan gənc qızlara Taşköprü baş məmuru Zəfər Coşkun və Taşköprü Bələdiyyə başçısı Hüseyn Arslan tərəfindən bir bağ sarımsaq və müxtəlif hədiyyələr təqdim edilib.
Oxu.Az