Türkiyənin “Vahid Türk Dövləti” planı: Rusiya hərəkətə keçir?

Türkiyənin “Vahid Türk Dövləti” planı: Rusiya hərəkətə keçir?

2019-cu ilin sonuna qədər Rusiya FTX-nin iqtisadi təhlükəsizlik bölməsinin bütün idarələrində "Türk bölmələri”nin yaradılması planlaşdırılıb.

Axar.az xəbər verir ki, bu məlumat Teleqram sosial şəbəkəsindəki "Silahsız” kanalında yayımlanıb.

"Məqsəd Türkiyə xüsusi xidmət orqanlarının vahid türk dövlətinin yaradılmasıyla bağlı fəaliyyətini neytrallaşdırmaqdır. Türkiyə yekun şəkildə islam dünyasının mərkəzi oldu. Üstəlik, Ankaranın Kiyevlə sıx əlaqələri də Moskvanı narahat edir. Hazırkı dönəmdə mümkün konstruksiyalarla bağlı müzakirələr aparılır. Digər tərəfdən Rusiya Prezident Administrasiyası da aktiv şəkildə bu bölmələrin yaradılmasına qoşulub”, – deyə Teleqram kanalında bildirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az