Türkiyəyə qarşı Yunanıstan və ABŞ-ın şok planı

Türkiyəyə qarşı Yunanıstan və ABŞ-ın şok planı
Yunanlar ABŞ və İngiltərənin dəstəyi ilə yunan Kipr Respublikasında PKK-dan ibarət 3 min nəfərlik ordu yaradacaq.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış araşdırmaçı jurnalisti Vedat Yenərər deyib.
 
Jurnalistin sözlərinə görə, Kipr hökumətinin əsgər sayının az olması səbəbindən rəsmi Afinaya müraciətini xatırladaraq 5 illik müqavilə imzalanacağını istisna etməyib:
 
"Xəbərdar edirəm, Kipr ordusu üçün Yunanıstandan da muzdlu əsgər tapa bilməsə, üçüncü qaynaq, onsuz da Yunanıstanda təlim və sığınacaqları olan erməni PKK və DHKP-C terrorçuları olacaq. Onlar orduda muzdlu xidmət aparacaq. Türkiyə buna "dur” deməlidir. PKK terrorçularının ABŞ vətəndaşlığı və pul qarşılığında Əfqanıstanda ön sıralarda döyüşdüyünü bilirik. Onların ailələrinə maaş ödənilir. Həyatlarını itirsələr də, ABŞ-a aparılmayıb, elə oradaca dəfn edirlər. İndi də ABŞ eyni oyunu Türkiyəyə qarşı hazırlayır. Yunanıstan və yunan seqmentində türk ordusuna qarşı döyüşəcək pullu bir ordu yaradılacaq. Yunanlar qorxaq olduqları üçün türk əsgərinə qarşı pullu da olsa, döyüşmək istəməz. Bunu yalnız erməni terror təşkilatı və PKK ilə əməkdaşlıq etməklə reallaşdıracaqlar”.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az