Uçan kazarmanın rəisi həbs edildi

Uçan kazarmanın rəisi həbs edildi

Bazar gününə keçən gecə Rusiyanın Omsk şəhərində uçan hərbi kazarmanın rəisi artıq saxlanılıb. 242 saylı tədris mərkəzinin rəisi. polkovnik Ponomaryov artıq dindirilib.

İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinin sözlərinə görə, o, hərbi qulluqçuların kazarmaya yerləşdirilməsinə icazə verdiyi üçün baş vermiş faciədə qismən günahkar olduğunu etiraf edib.

Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 91-ci maddəsi ilə ona qarşı cinayət işi açılıb. Ponomarevə qarşı yaxın günlərdə ölçü götürülməsi planlaşdırılır. İstintaq Komitəsi faciəyə aidiyyəti olan bütün şəxslərin müəyyən edilməsi yönündə aktiv istintaq fəaliyyəti və operativ tədbirlər aparır.

Xatırladaq ki, Omsk şəhərinin Svetlı qəsəbəsində yerləşən hərbi kazarmanın 4 mərtəbəli təlim korpusunun bir bölümünün damı və divarın bir hissəsi gecə saatlarında uçub. Qəzanın binanın tikintisi zamanı yol verilən səhlənkarlıq ucbatından baş verdiyi bildirilir. Belə ki, faciədən sonra kazarma binasının restavrasiyasında iştirak edən mütəxəssislərdən biri təmir işləri zamanı şahidi olduğu səhlənkarlıqdan danışıb. Omsk sakini Vladimir Nastıçenkonun sözlərinə görə, briqadada onunla birlikdə reabilitasiya mərkəzində müalicə alan narkomanlar və əyyaşlar çalışıb. Təbii ki, bu insanların lazımi kvalifikasiyası yox idi və onlar bir qarın yeməyə işləyirdilər.

Baş vermiş hadisədə Həmin an binada olan 337 nəfərdən 45-i dağıntılar altında qalıb. Onlardan yalnız 22-ni xilas etmək mümkün olmuşdu. Dağıntılar altından gün ərzində 23 nəfərin cəsədi çıxarılmışdı. Xilas edilən 19 nəfərin əksəriyyəti ağır və çox ağır vəziyyətlərdə xəstəxanalara çatdırılıb (ANS PRESS).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az