UEFA Çempionlar Liqasının qrup mərhələsinin beş iştirakçısı məlum olub

UEFA Çempionlar Liqasının qrup mərhələsinin beş iştirakçısı məlum olub

Avqustun 26-da UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri keçirilib. Bu görüşlərdən sonra Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan beş iştirakçısı məlum olub.

Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, yarışların üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu Ağdamın "Qarabağ" komandasını mübarizədən kənarlaşdıran Şotlandiyanın "Seltik" klubu səfərdə "Malmö" kollektivinin qonağı olub. "Seltik" evdə keçirdiyi ilk matçda 3:2 hesabı ilə qələbə qazansa da cavab görüşündə 0:2 hesabı ilə məğlub olaraq qrup mərhələsindən kənarda qalıb.

Günün mərkəzi qarşılaşmasında Fransanın "Monako" komandası İspaniyanın "Valensiya" klubunu qəbul edib. Fransa komandası İspaniya klubu ilə görüşdən 2:1 hesabı ilə üstün ayrılıb.

Günün digər oyunları- "Şaxtyor" (Ukrayna) – "Rapid" (Vyana, Avstriya) 2:2, "Makkabi" (Təl-Əviv, İsrail) – "Bazel" (İsveçrə) 1:1, "Dinamo" (Zaqreb, Xorvatiya) –"Skenderbeu" (Albaniya) 4:1 hesabı ilə başa çatıb.

Beləliklə, "Malmö" (İsveç), "Valensiya" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Makkabi" (İsrail) və "Dinamo" (Zaqreb, Xorvatiya) qrup mərhələsində mübarizə aparmağa vəsiqə qazanıblar.

Play-off mərhələsinin digər beş cavab qarşılaşması bu gün oynanılacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az