Ukrayna Krım əməliyyatına başlayır

Ukrayna Krım əməliyyatına başlayır
Rusiya Ukraynaya Krım yarımadası ərazisindən zərbələr endirir. Buna görə də biz Krımın hərbsizləşdirilməsini həyata keçirməyə hazırıq.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

"Bu gün Krım Ukrayna şəhərlərinin atəşə tutulduğu və ukraynalıların qətlə yetirildiyi mərkəzlərdən biridir. Onların bu addımları Rusiyanın Krımdakı hərbi infrastrukturunu Ukraynanın qanuni hərbi hədəfinə çevirib. Ona görə də Ukrayna Krımı demilitarizasiya etməyə hazırdır”, - Şmıqal bildirib.

Baş nazir həmçinin qeyd edib ki, Rusiya öz qüvvələrini Krımdan və digər işğal edilmiş ərazilərdən könüllü çıxararsa, onda Ukrayna onların bu addımını alqışlayacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az