Ukrayna Prezidenti Üçtərəfli Əlaqə Qrupunun iştirakçıları ilə görüşüb

Ukrayna Prezidenti Üçtərəfli Əlaqə Qrupunun iştirakçıları ilə görüşüb

Ukrayna Prezidenti Pyotr Poroşenko Üçtərəfli Əlaqə Qrupunun iştirakçılarını Minsk razılaşmalarını imzalayanlar ilə təcili məsləhətləşmələr aparmağa çağırıb.

Ukrayna dövləti başçısının mətbuat xidməti xəbər verir ki, Ukrayna Prezidenti bunu Üçtərəfli Əlaqə Qrupunun iştirakçıları - ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi, səfir Haydi Talyavini, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov və 1994-2005-ci illərdə Ukrayna prezidenti olmuş Leonid Kuçma ilə görüş zamanı bəyan edib.

Görüşdə Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında vəziyyətin nizama salınmasının aktual aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir: “Dövlət başçısı Üçtərəfli Əlaqə Qrupunun iştirakçılarını 2014-cü il 19 sentyabr tarixli Minsk Memorandumunda müəyyən olunan toqquşma xəttində atəşin dərhal dayandırılması və ağır silahların çıxarılması barədə qərar qəbul etməli olan Minsk razılaşmalarını imzalayanlar ilə təcili məsləhətləşmələr keçirməyə, tərəflərin nişanlanmış xəttə çıxmasının konkret müvəqqəti çərçivələrini təsbit etməyə, Donetsk və Luqansk vilayətlərində Ukrayna-Rusiya dövlət sərhədinin nəzarət olunmayan məntəqələrində Ukraynanın nəzarətini bərpa etməyə və sərhəddə ATƏT-in daimi monitorinqini tətbiq etməyə, Donetsk və Luqansk vilayətlərinin zərər çəkmiş rayonlarına ilkin tələbat mallarının və humanitar yardımın gətirilməsinə şərait yaratmağa, habelə girovların və qanunsuz saxlanılan şəxslərin azad edilməsində əhəmiyyətli irəliləyiş əldə etməyə çağırıb”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az