Ukrayna-Rusiya danışıqları: Tələblər azalıb, amma nəticə yoxdur

Ukrayna-Rusiya danışıqları: Tələblər azalıb, amma nəticə yoxdur

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Ukraynaya qarşı açılmış genişmiqyaslı müharibənin başa çatması ilə bağlı Rusiya ilə danışıqların gedişindən danışıb.

Teleqraf.com xəbər verir ki, Arestoviç tərəflərin təxminən üç gün əvvəl razılaşmalar cədvəlini təsdiqlədiklərini vurğulayıb.

"Xarici işlər nazirləri prinsipial məsələlərlə bağlı görüşməyə hazırdırlar, lakin ruslar Mariupolda və ya əməliyyat bölgəsində qalib gəlməyə ümid edirlər. Onlar artıq mərhələni dəyişiblər. Artıq başa düşməyin vaxtıdır ki, diplomatiya da başqa bir mərhələyə - daha az tələblərlə daha real danışıqlara qədəm qoyur. Döyüş meydanında tələblər köklü şəkildə azalıb”, - Ukrayna rəsmisi bildirib.

Arestoviç qeyd edib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonra Rusiya və Ukrayna Belarus ərazisində danışıqların üç mərhələsini keçiriblər - 28 fevral, 4 mart və 7 mart. Bundan sonra danışıqlar distant formata keçib və müntəzəm xarakter daşıyır”.

Ukrayna tərəfindən danışıqlarda iştirak edən Mixail Podolyak deyib ki, danışıqlarda təcavüzkar ölkənin mövqeyi yumşalıb.

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba Ukrayna nümayəndə heyətinin sərt mövqe tutduğunu və tələblərindən əl çəkmədiyini vurğulayıb: "Ukrayna ilk növbədə atəşkəs, təhlükəsizlik zəmanəti və Ukraynanın ərazi bütövlüyünü tələb edir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az