Ukrayna uzun müddət şəhər döyüşünə hazırlaşıb – Güclüər

Ukrayna uzun müddət şəhər döyüşünə hazırlaşıb – Güclüər

Kiyevin ruslar tərəfindən qısa müddət sonra alınacağını düşünmürəm.

Axar.az xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Eray Güclüər ölkə mətbuatına açıqlamasında deyib.

O qeyd edib ki, masanı meydanda baş verən proseslər formalaşdırır:

"Bu vəziyyətə görə də tərəflər bir-birlərinə diplomatik tələblərini çatdırırlar. Döyüşlərdə uğur əldə edənlər hər zaman üstündür”.

Ekspert həmçinin qeyd edib ki, 2014-cü ildən bəri Amerika və İngiltərə xüsusi təyinatlı qüvvələri regiondadır:

"Onlar Ukraynanı şəhər müharibəsinə hazırlamaq üçün infrastruktur qurub. Ukrayna 2014-cü ildən bəri şəhər döyüşlərinə hazırlandı. Bir xalqın müqavimət göstərməsi, infrastruktur qurması üçün 1 il vaxt lazımdır. Deməli, bu, asan iş deyil. Ancaq gördüyünüz kimi, Ukrayna xalqı az bir vaxta bunu etdi. Biz bunları təkcə Kiyevdə deyil, Xarkovda, Sumda Mariupolda da görürük. Burada prosesləri yüksək ağıl idarə edir və bu, təkcə Ukraynaya aid deyil. Bu müqaviməti dəstəkləmək üçün Avropa və ABŞ tərəfindən Ukraynaya hərbi texnikalar göndərilir”.

Ekspertin sözlərinə görə, ordu, hakimiyyət, siyasi iradə və xalq birlikdə hərəkət etdiyi üçün ruslar dayanmalı oldu:

"Muzdlular məsələsinə gəldikdə, Rusiya Belarus, Serbiya və Suriyadan Ukraynanın müxtəlif məntəqələrinə əsgərlər gətirib. Digər tərəfdən isə ABŞ-ın nəzarətindəki Əfqanıstan və Yaxın Şərqdən gətirilən əsgərlər Ukrayna üçün döyüşür”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az