Ukraynanın Zaporoje vilayətinin Melitopol şəhərində kafelərdən birində bir qrup erməni Azərbaycan vətəndaşı, əslən Kəlbəcər rayonundan olan, 1963-cü il təvəllüdlü Qurbanov Tariyel Malik oğlunu ölümcül döyüblər.
"Report”un Ukrayna bürosuna yerli polisdən verilən məlumata görə, hadisə kafedə müştərilər olan, Ermənistandan Ukraynaya yol tikintisində işləməyə gələn ermənilər tərəfindən azərbaycanlı müştəriyə qarşı milli zəmində və Qarabağla bağlı mübahisə nəticəsində baş verib.
Azərbaycanlı müştəri kafedə astadan Qarabağ ilə bağlı mahnını zümzümə etməsi qonşu masada əyləşən, içkili ermənilərin xoşuna gəlməyib. Ermənilər təhqiramiz formada azərbaycanlıya susmağı əmr ediblər. Onlara əhəmiyyət verməyən T. Qurbanov davam edib və nəticədə ermənilərin hücumuna məruz qalıb. Qeyri - bərabər əlbəyaxa davada ermənilər azərbaycanlını ölümcül döyüblər. Onun vəziyyəti hazırda ağırdır, Zaporojedə xəstəxanaların birinə yerləşdirilib. Ermənilər hadisə yerindən qaçıblar, onları polis axtarır. Hadisəni törədənlərin hamısı Ermənistan vətəndaşıdır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL