Ukraynanın şərqində şiddətli atışma: 3 ölü, 16 yaralı
Ötən gün Ukraynanın şərqində ordu ilə rus separatçıları arasında şiddətli qarşıdurma yaşanıb.
Axar..az xəbər verir ki, bu barədə məlumat verən Ukrayna ordusunun polkovniki Andrey Lisenko atışmalar zamanı 3 əsgərin həlak olduğunu, 16 nəfərin isə yaralandığını bildirib.
"Ukrayna ordusunun 8 əsgəri artilleriya atəşi nəticəsində yarlandı. Onlar Luqansk yaxınlığındakı xəstəxanalara yerləşdirilib. Həlak olanların ailələrinə, yaxınlarına başsağlığı veririk, - Lisenko qeyd edib.
Miq.az