Un bahalaşdı: çörəyin qiyməti artacaq?

Un bahalaşdı: çörəyin qiyməti artacaq?

Unun qiymətinin daxili bazarda 3-4 faiz bahalaşmasının çörəyin qiymətinə heç bir təsiri olmayacaq. Un istehsal edən şirkətlərin imkanı var ki, bu kiçik artımı öz gəlirləri hesabına kompensasiya etsinlər­.

Miq.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, ötən ilin iyul ayından unun qiyməti ucuzlamağa başlayıb:

"Bu ilin iyun ayında "taxıl sazişi"nin dayanması, Ukrayna taxılının dünya bazarına çıxarılmasında çətinliklər yaşanması qiymətlərin bahalaşması ilə bağlı gözləntiləri artırsa da, bu, reallaşmadı. İyul ayında dünya bazarında buğda qiymətləri 2,6 faiz qalxsa da, avqust ayında ucuzlaşma oldu. Digər taxıl ölkələri də daha çox taxıl istehsal etdilər. Məhz bu səbəblər taxıl qiymətinin ucuzlaşmasına oldu. Lakin sentyabrın əvvəlindən etibarən buğdanın qiymətindən asılı olaraq unun da qiymətində bahalaşma qeydə alınıb”.

İqtisadçı bildirib ki, Azərbaycan idxala bağlı ölkədir:

"Ümumi olaraq ölkədə il ərzində 3,9 milyon ton taxıl istehlak edilir. Bunun ortalama olaraq 1,9 milyon tonunu Azərbaycan özü istehsal edir. Geri qalan hissəsi isə idxaldır. Rusiya buğdanın ixracına gömrük rüsumunu artırdı. Həm taxıl dəhlizinin bağlanması, həm də gömrük rüsumunun 15 faiz bahalaşması belə bir gözlənti yaratdı ki, qarşıdakı aylarda buğda bahalaşacaq”.

İqtisadçı-ekspert Eyyub Kərimli də bildirib ki, hazırda taxılın və çörəyin qiymətinin artmasına təsir edən obyektiv iqtisadi amillər yoxdur:

"Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Qeyd olunan faktorların hər hansısa biri dəyişərsə, sözsüz ki, çörəyin qiymətinin artmasına səbəb ola bilər. Hazırda bu sahədə sabitlik hökm sürür. Həm idxalda, həm də yerli istehsalda sabitlik var. Fikrimcə, yaxın vaxtlar üçün çörəyin qiymətində artım müşahidə olunmayacaq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az