Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə “Birinci ol” şuarı altında keçiriləcək “Univiziya” tələbələrin I Beynəlxalq mahnı müsabiqəsinin press- konfransı baş tutdu.
Konfransda iştirak edən Gənclər və İdman Nazir müavini cənab İntiqam Babayev 20 ölkənin təmsilçiləri və KİV nümayəndələrini salamlayaraq “Univiziya” I beynalxalq mahnı müsabiqəsini açıq elan etdi.
ATGTI-nin sədri Şahin İsmayılov ve “Univiziya” baş prodüser Zəhra Bədəlbeyli püşk atma mərasimini həyata keçirtdilər.
Püşk atmanın nəticələrinə görə ölkələrin çıxışları bu şəkildə sıralandı:
1. Türkiyə
2. Qırğızıstan
3. Qazaxıstan
4. Yunanıstan
5. Rusiya
6. Meksika
7. Litva
8. Polşa
9. İndoneziya
10. Albaniya
11. Estoniya
12. Rumıniya
13. Almaniya
14. Gürcüstan
15. Braziliya
16. Pakistan
17. Belarus
18 Azərbaycan
19. Moldova
20. Tacikistan
Qeyd edək ki, müsabiqədə ölkəni təmsil edən juri öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. İlk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6000 Avro təşkil edir.
Azərbaycanı beynəlxalq müsabiqədə “Univiziya” tələbələrin II mahnı müsabiqəsinin qalibi, Qafqaz Universitetinin tələbəsi Zərrin Mahmudzadə təmsil edəcək.
21 iyun tarixində keçiriləcək bu möhtəşəm şounun xüsusi qonaqları Eldar Qasımov, Fərid Məmmədov və Çingiz Mustafayev olacaq.