Azərbaycan və Rusiya Qəbələ RLS üzrə bir çox fikir ayrılıqlarının aradan qaldırılmasına nail olub və Rusiya ilə RLS-in icarə müddətinin uzadılmasına dair razılaşma tezliklə əldə olunacaq. “vətəninfo.az”ın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan RF Federasiya Şurasının rəhbəri Valentina Matviyenko bəyan edib. "İki ölkənin Müdafiə və Xarici İşlər nazirlikləri arasında artıq danışıqların bir neçə mərhələsi aparılıb. Normal proses gedir. Bir çox fikir ayrılıqları aradan götürülüb. Bəzi məsələlər qalıb ki, onlar yenidən işlənməli və razılaşdırılmış qarşılıqlı sərfəli həll tapılmalıdır. Ona görə də mən hesab edirəm ki, razılaşmaya nail olunacaq" – deyən Matviyenko Azərbaycaın BMT Təhlükəsizlik Şurasına üzvülük məsələsinə də toxunub. «Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun dünyadakı nüfuzundan və hörmətindən xəbər verir» . Valentina Matviyenko eyni zamanda deyib ki, bu bizim beynəlxalq sahədə əməkdaşlığımız üçün yeni imkanlar açır. “Məsələlərin əksəriyyətində ölkələrimizin mövqeləri üst-üstə düşür və ya yaxındır. Və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi bir çox beynəlxalq məsələlərə baxılması və həlli zamanı daha səmərəli əməkdaşlıq etməyimizə imkan verir". Rəsmi qonaq şlkəmizdə kemiriləcək Eurovision müsabiqəsi ilə bağlıda danışıb. “Bakıda “Eurovision” müsabiqəsinin keçirilməsi gözəl və parlaq hadisədir. Biz Azərbaycanda keçiriləcək müsabiqəyə görə eyni həyəcan keçiririk. Qeyd etmək istəyirəm ki, Rusiya bu möhtəşəm müsabiqənin Azərbaycanda keçirilməsi üçün 12 balı məhz ölkənizə verib. Əminəm ki, bu, çox parlaq və gözəl hadisə olacaq və milyonlarla avropalı və dünyanın hər yerindən tamaşaçılar müasir Azərbaycanı görmək imkanı əldə edəcəklər”. Rusiyalı spiker səfəri zamanı aparacağı danışıqlara da toxunub: «Həmkarımla parlamentlərarası əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəyik. Biz əməkdaşlığın yeni formaları üzərində düşünürük, çünki dövlətlərimizin liderlərinin münasibətləri, onların qarşılıqlı anlayışı bizim qarşımızda bu əlaqələri daha yüksək səviyyəyə çıxarmaq vəzifəsi qoyur. Dialoq ən yüksək siyasi səviyyədə çox fəal inkişaf edir, parlamentlər əlbəttə ki, geridə qalmamalıdır və əməkdaşlığın genişlənməsinə yardımçı olmalıdır”. O, regionları birləşdirən palatanın sədri kimi regionlararası əlaqələrin inkişafına da xüsusi önəm verdiyini söyləyib: “Bu, çox vacibdir. Hazırda Rusiya Federasiyasının 70-dən çox subyektinin Azərbaycanın müxtəlif rayonları və şəhərləri ilə əlaqələri var. Bu sahədə böyük potensial mövcuddur və sona qədər istifadə olunmayıb. Rusiya və Azərbaycan parlamentləri bu əməkdaşlığa şərait yaratmaq, onun hüquqi zəminini möhkəmlətmək məqsədilə hər şeyi etməlidir”. Oun sözləriə görə, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq uğurla davam edir: «Ötən ilin yekunlarına görə, biz son illərin ən böyük ticarət dövriyyəsi həcminə nail olmuşuq. Bu rəqəm 2 milyard 800 milyon dollar təşkil edir. Bu il də ticarət dövriyyəsinin artım tempi pozitiv sayıla bilər”.