Vasif Mövsümov:”Vətəndaşların şikayətlərinə baxılması məsələsində vəziyyət ürəkaçan deyil”

Vasif Mövsümov:”Vətəndaşların şikayətlərinə baxılması məsələsində vəziyyət ürəkaçan deyil”

Ümumiyətlə,  korrupsiyaya qarşı mübarizə davamlı prosesdir. Ölkə prezidentinin  elan etdiyi kimi, bu mübarizə davamlı olacaq. Bu fikirləri “Veteninfo.az” a Korrupsiyaya qarşı Mübarizə Fondunun direktoru Vasif Mövsümov  Korrupsiyaya qarşı mübarizə tədbirlərinin hazırkı vəziyyətinə  münasibət bildirərkən qeyd edib: “Bunun nəticələrini bilmək üçün davamlı olaraq ictimaiyyət arasında sorğular keçirilməli, eyni zamanda  telekanallarda bununla bağlı verilişlər verilməli, vətəndaşların fikri öyrənilməlidir- deyən Vasif Mövsümov vurğuladı ki, təəssüflər olsun ki, bu sahədə vəziyyət arzuolunan deyil”. 

”Rüşvətxorluq halları bəzi dövlət idarələrində hələ də davam edir. Bu da cəzasızlığın olmaması deməkdir. Son vaxtlar isə   icra hakimiyyəti və  bələdiyyə orqanlarının  bəzi nümayəndələrinin həbsi barədə məlumatlar hər kəsə bəllidir”-deyə, qeyd etdi. Vətəndaşların şikayəti əsasında ictimai rəy sorğularına əsasən belə bir nəticəyə gəlinib ki, hal -hazırda vətəndaşların şikayətinə, ərizəsinə baxılması məsələsində elə də ürəkaçan vəziyyət yoxdur.  “Bu yaxınlarda   ölkə üzrə korrupsiya qarşı mübarizə tədbirləri haqqında bir forum keçiriləcək. Sorğu may ayından etibarən başlayacaq və iki ay ərzində davam edəcək.”

Mərkəz rəhbəri sonda onu da əlavə etdi ki, korrupsiya halları barədə materiallar hüquq mühafizə orqanları tərəfindən araşdırılarsa, perspektivdə effektiv nəticə əldə edə bilərik. “Bizdə bu təcrübə hələ ki yoxdur. Bütün bunlar  perspektivdə öz həllini tapmalıdır. Vətəndaşlar bu prosesdə fəal iştirak etməlidir. Fəal iştirak isə o zaman  olacaq ki, vətəndaşların şıkayətinə baxılması məsələsində irəliləyiş olacaqdır”.

Ramilə 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az