Vəsilə Vahidqızı İctimai Televiziyadakı vəzifəsindən ayrıldı

Vəsilə Vahidqızı İctimai Televiziyadakı vəzifəsindən ayrıldı
Tanınmış teleaparıcı Vəsilə Vahidqızı İctimai Televiziyada (İTV) tutduğu vəzifədən - şöbə müdiri postundan ayrılıb.

Xəbəri Modern.az-a V.Vahidqızı özü də təsdiqləyib. O, İTV-də ştatdan çıxdığını bildirib:
"Mən ümumiyyətlə Diasporla iş üzrə Dövlət Komitəsində işə başladığım üçün İTV-də ştatdan çıxmışam”.
Bu yaxınlarda Diasporla iş üzrə Dövlət Komitəsinə mətbuat katibi təyin edilən V.Vahidqızı İTV-də layihə müəllifi olaraq veriliş aparacağını deyib.
Qeyd edək ki, Vəsilə Vahidqızı 1992-2002-ci illərdə AzTV, 2002-2003-cü illərdə "İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə "Space" TV-də çalışıb.
İctimai Televiziya fəaliyyətə başladığı 2005-ci ildən bu telekanalda çalışıb. 
İctimai Televiziyada Anons şöbəsinin rəisi, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az