Vəzifədən azad olunan Fuad Nəcəflini Naxçıvan aeroportunda VİP zala buraxmadılar - ŞOK DETALLAR

Vəzifədən azad olunan Fuad Nəcəflini Naxçıvan aeroportunda VİP zala buraxmadılar - ŞOK DETALLAR

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi vəzifəsindən azad olunan Fuad Nəcəfli artıq Naxçıvandakı işləri təhvil-təslim edib.

O axşam saatlarında Naxçıvan-Bakı reysi ilə paytaxta qayıdıb. 

"Yeni Sabah" məlumatlı mənbələrdən onun Bakıya qayıdışı ilə bağlı maraqlı detalları əldə edib.

Belə ki, Fuad Nəcəfli vəzifədən azad olunması ilə bağlı xəbəri işdə olarkən öyrənib. Bakıdan ona zəng vurulub və bildirilib ki, Prezident İlham Əliyev Fuad Nəcəflinin vəzifədən azad olunması ilə bağlı Sərəncam imzalayıb. 

Bundan sonra isə o bütün imtiyazlar, həmçinin dövlət telefonundan istifadədən məhrum edilib. Hətta ona işdən evə getmək üçün Xüsusi Nümayəndəlikdə olan avtomobillərdən istifadə etməyə belə icazə verilməyib. Fuad Nəcəfli evinə taksi çağıraraq gedib. Eyni zamanda iş otağındakı şəxsi əşyalarını aparmaq üçün avtomobil istəsə də, bu da yerinə yetirilməyib və daha sonra başqa avtomobil gələrək onun əşyalarını götürüb. Nəcəfli vəzifədən azad olunandan sonra Naxçıvandakı evinə yollanıb. Onunla Xüsusi Nümayəndəliyin heç bir əməkdaşı ünsiyyətdə olmayıb. Yalnız köməkçisi Samir Seyidəhmədli sabiq müdiri ilə birlikdə onun evinə gedib. 

Fuad Nəcəfli axşam saatlarınadək Naxçıvandakı evində olub. Axşam saatlarında isə Bakıya qayıtmaq üçün Naxçıvan Hava Limanına gəlib. Burada o hər zaman istifadə etdiyi xüsusi VİP salonda gözləyib girişdən keçid etmək istəsə də, rəsmilər ona icazə verməyiblər. Fuad Nəcəfliyə bildirilib ki, aşağı düşsün və bütün sərnişinlərin istifadə etdiyi adi salonda gözləsin. O bundan sonra aşağı düşməyə məcbur olub və orada təyyarəyə minməyi gözləyib. Sabiq məmur hava limanında tək olub və Bakıya da tək qayıdıb. 

Qeyd edək ki, Fuad Nəcəfli Prezident İlham Əliyevin Sərəncamı ilə 22 dekabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilmişdi. O, 12 noyabr 2025-ci ildə vəzifəsindən azad edilib. 
 
********
 
Fuad Nəcəfli vəzifədən buna görə azad edilib
Xəbər verdiyimiz kimi, Fuad Vahid oğlu Nəcəfli ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Unikal.az-a xəbər verir ki, Fuad Nəcəfli Naxçıvanda Dövlət Proqramı layihəsini gecikdirdiyinə görə işdən çıxarılıb.

Qeyd edək ki, F.Nəcəfli 2022-ci ilin dekabr ayında həmin vəzifəyə təyin edilmişdi.

****
Fuad Nəcəfli Naxçıvanı tərk etdi- Ön sırada oturmağa qoymadılar - FOTO
Noyabrın 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəfli Naxçıvanı tərk edib.

Miq.az xəbər verir ki, siyasi şərhçi Heydər Oğur özünün feysbuk səhifəsində bununla bağlı foto paylaşı.
İddia edib ki, Fuad Nəcəfli Naxçıvan hava limanında adəti üzrə deputat salonunda oturub təyyarə gözləyib, lakin əlaqədar qurumlar səhv yerdə oturduğunu onun diqqətinə çatdırıblar və digər sərnişinlərlə birgə zala endiriblər: "Adəti üzrə aeroportun deputat salonunda oturub təyyarə gözləyirmiş. Əlaqədar qurumlar səhv yerdə oturduğunu onun diqqətinə çatdırıb "qara camaat"ın yanına endiriblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az