Vidadi Zeynalovla Beytulla Hüseynov qarşı-qaşıya gəlib

Vidadi Zeynalovla Beytulla Hüseynov  qarşı-qaşıya gəlib

Dava ATS davasıdı

Sabunçu rayon icra hakimiyyətinin yeni başçısı Adil Vəliyev rayon Telefon Qovşağının rəisi Nəriman Salmanovu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovla Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun qarşısında çox çətin vəziyyətdə qoymaqla, həm də nazirlik daxilində yeni qarşıdurmanın üzə çıxmasına səbəb olub.

“Vətəninfo.az”ın “mia.az”a istinadən verdiyi məlumata görə, bu haqda  qovşağın adının çəkilməsini istəməyən əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, Sabunçuya yeni başı təyin olunduğu günlərdə nazirliyin aparat rəhbəri Vidadi Zeynalovla dostluq münasibətlərində olan icra başçısı ondan Balaxanı qəsəbəsində yeni ATS-in tikilməsinə köməklik göstərilməsini xahiş edib: «Aparat rəhbəri bu xahişlə bağlı dərhal qovşaq rəisi Nəriman Salmanova birbaşa tapşırığını verir. Ancaq qovşaq rəisi birbaşa tabe olduğu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun razılığı olmadan işə başlaya bilmədi. Çünki Beytulla müəllim aparat rəhbəri Vidadi Zeynalovun belə bir tapşırıq verməsini eşidən kimi, yeni ATS tikintisinə maliyyə ayrılmasına imkan vermədi. Buna görə, bir neçə gün aparat rəhbərinin tapşırığından yayındı da. Ancaq icra başçısı ilə aparat rəhbərinin israrından sonra yenə də baş direktorla əlaqə saxlanıldı. Bu zaman Beytulla Hüseynov «madam Vidadi kiminsə gözündə özünü böyük göstərmək istəyir, buyursun, cibindən xərcini çəksin», - deyərək, aparat rəhbərinə mesaj göndərdi…».

Fakta tərəflərdən münasibət öyrənmək mümkün olmayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az