Vilayət Eyvazov 2 mayorla bağlı ƏMR İMZALADI

Vilayət Eyvazov 2 mayorla bağlı ƏMR İMZALADI

Daxili İşlər Nazirliyində iki kadr təyinatı həyata keçirilib.
 
Miq.Az "qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə polis mayoru Cahangir Hüseynov Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsinə rəis təyin olunub. O, bundan əvvəl həmin bölmənin baş müstəntiqi olub.
 
Digər əmrlə polis mayoru Firuz Nuriyev Hacıqabul rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin rəisi vəzifəsindən azad edilərək həmin RŞP-də əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az