Bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan İmişli Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, deputat Əsabil Qasımovun doğma xalası oğlu Nazim Xəlilov başda olmaqla, mərkəzin 3 əməkdaşı saxlanılıb. Məlumatda deyilir ki, N.Xəlilovun saxlanılmasının səbəbi mərkəzdə iri məbləğdə mənimsəmələr və digər korrupsiya əməlləri olub.
İmişlidəki mənbələrdən Gunxeber.com-a daxil olan məlumata görə, Ə.Qasımovun N.Xəlilov da daxil olmaqla rayondakı yaxınlarının İmişlinin yeni icra başçısı Vilyam Hacıyevlə ciddi problemləri yaranıb. İcra başçısının onların əməllərindən xəbər tutduqdan sonra onlardan yüksək məbləğdə haqq tələb etdiyi bildirilir. Bu məbləğ çatmadıqda isə Ə.Qasımovun yaxınlarının qara günləri başlayıb və məsələ həbsə qədər uzanıb.
Eyni zamanda mənbə iddia edir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də tutulan şəxslərin qanunsuz əməllərinin üstünün açılmasında maraqlı olduğundan bu həbslərin qarşısını almaq mümkün olmayıb.
İmişli DSMF yeyinti məsgəni
“Vətəninfo.az”a İmişlidəki mənbələrdən daxil olan məlumata görə,rayonun DSMF-nun müdiri İntiqam Əliyev və DSMF-nun digər əməkdaşları Cabbar və Zaur adlı şəxslərlə qanun pozuntusunun ən pik həddində əmliyyatlar keçirməkdədirlər.Mənbənin məlumatına görə, İntiqam Əliyev İmişli rayon Dövlət arxivində saxta sənətlər hazırlayırlar.Bu sənədlərin hazırlanmasında isə səbəb, təqaüdə çıxan şəxslərə 1500-2000 AZN müqabilində saxta iş stajı yazılır. Mənbənin sözlərinə görə, Baş Prokrorluq yanında Korrupsiya və rüşvətxorluğa qarşı Mübarizə İdarəsi DSMF-nun İmişli şöbəsində yoxlamalar aparsa,bu qəbilədən olan sənədlərin 80 afizinin saxta olduğun üzə çıxara bilər. Amma nədənsə intiqam Əliyevə hələlik gözün üstə qaşın var deyən yoxdu.
Redaksiya olaraq yalnız və yalnız onu deyə bilərik ki, İ.Əliyev haqqında səsələnən fikirlərə,yalnız və yalnız məlumatda adı çəkilən şəxs özü cavab verə bilər və bizdə redaksiya olaraq bu imkanı yaratmaqda hazırıq.
Kamran