Penitensiar müəssisələrə telefon keçirmək cəhdlərinin qarşısı alınıb.
Vətəninfo.az Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəsmi saytına istinadən xəbər verir ki, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mais Abbas oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş atası, Bakı şəhər sakini vətəndaş Abbas Kərəm oğlu Abbasovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxşı zamanı onun gödəkçəsinin cibindən daxilində danışıq kartı olan 1 ədəd “Nokia 6230” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Mais Abbasov Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.4 maddələrinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti axtarış-baxış tədbiri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Oqtay Qabil oğlu Zəkiyevin yanına qısamüddətli görüşə gəlmiş xalası qızı, Gəncə şəhər sakini vətəndaş Şöhlə Saleh qızı Həsənlinin üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun alt paltarının içərisindən daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Oqtay Zəkiyev Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4 və 120.2.5 maddələrinə əsasən həbs edilib.
Hər iki fakt üzrə araşdırma aparılır.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto