“Vətəninfo.az”a daxil olan məlumata görə, Binəqədi Rayon İcra başçısı Xaləddin İsgəndərovun qırmızı rəngə allergiyası var.
“Vətəninfo.az”a daxil olan məlumata görə, Binəqədi Rayon İcra başçısı Xaləddin İsgəndərovun qırmızı rəngə allergiyası var. Belə ki, başçı Rəsulzadə qəsəbəsinin icra nümayəndəsini məhz qırmızı geyindiyi üçün işdən azad edib. Biləcəri qəsəbəsi icra nümayəndəsi isə öz ərizəsi ilə işdən ayrılıb.
Xaləddin İsgəndərov Binəqədi Rayon İcra başçısı təyin olunduqdan sonra rəhbərlikdə yeniliklər baş verib. Ölkə prezidentinin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Fəxrəddin Məlikov Binəqədi Rayon İcra Hakimiyyətinə humanitar məsələlər üzrə müavin təyin olunsa da, başçı Səbail Rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin çalışmış Qəzənfər Novruzovu özünə birinci müavin təyin edib. X. İsgəndərov ümumi və təsərüffat şöbələrinin müdirlərini də işdən azad edərək, onların yerinə vaxtilə onunla birlikdə Vergi sistemində işləmiş şəxsləri təyin edib.
Digər məlumata görə, vaxtilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Fəxrəddin Məlikov isə işə gəlmir. Deyilənə görə, səbəb kimi də X. İsgəndərovun keçirdiyi iclasların birində
“Mənim üçün kimin harada icra başçısı olması, kimin hansı vəzifədə çalışması əhəmiyyətli deyil. Əsas odur ki, burada iş görən olsun” dediyi göstərilir. Bundan sonra F. Məlikov öz hesabına uzun müddətli məzuniyyət götürdüyü və işə gəlmədiyi deyilir.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...