Xalq artisti İlham Əsgərov vəfat etdi
Tanınmış aktyor və bədii qiraət ustası, xalq artisti İlham Əsgərov
sentyabrın 6-da qəflətən vəfat edib.
Vətəninfo.az-ın məlumatına görə, aktyorun qəfil vəfatı barədə xəbəri
Modern.az saytına şair Vüqar Əhməd verib. İlham Əsgərov beyninə qan sızmasından dünyasını dəyişib.
Qeyd edək ki, xalq artisti İlham Əsgərov bir neçə il əvvəl ürəyindən əməliyyat olunmuşdu.
Xalq artisti iki il əvvəl, 2010-cu ilin dekabrında beyin insultundan müalicə olunub.
O, uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkirdi.
1982-ci
ildən Akademik Milli Dram Teatrında çalışan istedadlı aktyor İ.Əsgərov
bir sıra məşhur tamaşalarda oynamaqla yanaşı, Azərbaycan dövlət
radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biridir.
İlham Təvəkkül oğlu Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan
Respublikasının əməkdar artisti,15 may 2006-cı ildə Xalq artisti fəxri
adlarına layiq görülüb.
Allah rəhmət eləsin..