Yol tikintisi ilə məşğul olan yük maşınının nömrəsində AZ və bayraq hissəsi kəsilib.
Vətəninfo.az avtosfer.az saytına istinadən xəbər verir ki, şəkildə görünən ağırtonnajlı yük avtomobili Azərbaycanda yol tikintisi ilə məşğul olan xarici şirkətlərdən birinə məxsusdur. Foto Kürdəmir rayonu ərazisində iyulun 12-də çəkilib. Bu avtomobilin xarici şirkətə məxsus olduğu dövlət qeydiyyat nişanının avtomobilin üstündə qalan bir parçasından aydın olur.
Yəqin ki, bu şirkət ölkəmizdə iri həcmli investisiya layihələrindən birini həyata keçirir və yaxşı gəlir əldə edir. Amma bu avtomobil üzərində dövlət qeydiyyat nişanı yerindəki lövhə Azərbaycana qarşı açıq hörmətsizliyin ifadəsidir. Həmin dövlət qeydiyyat nişanı (nömrə nişanı) digər şəkildə gördüyünüz kimi olmalıdır. Müqayisə edəndə aydın olur ki, avtomobil üzərindəki lövhədən həm Azərbaycanın bayrağı, həm ölkəmizin beynəlxalq fərqlənmə nişanı olan «AZ» qeydi, həm də nömrənin seriyasını bildirən hərif qopub (və ya qoparılıb). Hər bir halda nəqliyyat vasitəsinin belə standartdan kənar «nömrə» ilə idarə olunması yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və ölkə qanunvericiliyinə hörmətsizlikdir.
Yəqin ki, DYP-nin aidiyyəti qurumu bu faktı araşdıraraq həmin avtomobilin «nömrəsinin» bu vəziyyətə gəlməsinin bilərəkdən və ya səhlənkarlıqdan edildiyini müəyyənləşdirəcək, buna yol verən şəxsləri məsuliyyətə cəlb edərək, onları daha diqqətli olmağa vadar edəcək.
Vətəninfo.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər