Xəbərdarlığa qulaq asmayan YAP-çı jurnalist deputatlığa namizəd oldu
Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılan jurnalist Raqif Əsgərovun namizədliyi qeydə alınıb.
Vətəninfo.az Modern.az-a istinadla
xəbər verir ki, "Real Press" adlı qəzetin baş redaktoru olan Raqif
Nazim oğlu Əsgərov deputatlığa namiəzədliyini öz təşəbbüsü ilə irəli
sürüb. O, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsi üzrə qeydə alınan ilk
deputatlığa namizəddir.
Maraqlıdır ki, Raqif Əsgərov hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
Qeyd edək ki, YAP rəhbərliyi bir neçə gün öncə xəbərdarlıq edib ki,
üzvlərdən kimlərsə seçkilərə partiyanın müəyyən etdiyi siyahıdan kənar,
özbaşına qatılarsa, həmin şəxslər cəzalandırılacaqlar. YAP icra
katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında həmin YAP
üzvlərinin partiya sıralarından xaric olunacağını istisna etməyib.