İŞİD terror qruplaşması Türkiyəni yeni terror aktları ilə hədələyib.
Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyanın şimalındakı İŞİD hədəflərinə hava zərbələri endirməsindən sonra terrorçular buna kurort bölgələrinə hücumla cavab verəcəklərini elan ediblər.
İŞİD-in adından Twitterdə yayılan xəbərdarlıqlara görə otellərdə, çimərliklərdə, muzeylərdə və turistlərim sıx cəmləşdiyi digər yerlərdə terror hücumu gözlənilir.
Abdullah Guraba adlı İŞİD-çinin yaydığı belə mesajlardan birində deyilir: "Qardaşlar, yaxınlarınızı xəbərdar edin! Bu aralar turizm bölgələrindən uzaq dursunlar. İstanbulda da turizm bölgələrindən uzaq durun!”
Eliya Maqner adlı jurnalist isə Twitterdən Türkiyə hakimiyyətini xəbərdar edib ki, ölkə ərazisində İŞİD-in çoxlu sayda "yatmış özəkləri” və "tənha qurdları” hücuma hazır gözləyir.
Bundan əvvəl Britaniyanın "Daily Mail” nəşri Türkiyənin Qara dəniz sahillərindəki kurortlardan birində istirahətdə olan İŞİD terrorçusu Pasaliasi İsdenin fotolarını yayımlayıb.
Həmin terrorçunun bundan əvvəl Suriyada hökumət əsgərlərini edam edərkən görüntüləri yayılmışdı. Terrorçu Türkiyədə dincələrkən çəkdiyi şəkilləri özü facebookda yayıb.
Beləliklə, məlum olub ki, Suriyada baş kəsən İŞİD-çilər dincəlmək üçün maneəsiz Türkiyəyə keçə və Qara dəniz kurortlarında foto çəkdirib sosial şəbəkələrdə yerləşdirə bilirlər. Britaniya nəşri yazır ki, Pasaliasi İsde əvvəllər xristian olub.
Virtualaz.org
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ