Xəstəxana gülünc yanlışlığı düzəltməyə çalışdı, lakin... - Foto

Xəstəxana gülünc yanlışlığı düzəltməyə çalışdı, lakin... - Foto

Bakı Dəmiryol Xəstəxanası sözügedən müəssisənin adındakı yanlışlığı düzəltməyə cəhd edib.

Kult.az xəbər verir ki, xəstəxana rəhbərliyi iradlardan sonra lövhələrdən birindəki "dəmiryol" sözünə "u" hərfini əlavə etməklə yanlışlığı aradan qaldırmağa çalışıb, lakin bu cəhd də uğursuz olub.

Belə ki, hazırda xəstəxananın adının əks olunduğu hər iki lövhədəki "dəmiryol" sözü yanlış - "dəmir yolu" şəklində yazılıb.

Qeyd edək ki, Bakı Dəmiryol Xəstəxanasında müəssisənin adı ön və arxa girişdə iki formada - "Bakı Dəmir Yol Xəstəxanası" və "Bakı Dəmir Yolu Xəstəxanası" kimi yazılmışdı. Bu isə tənqidlərə səbəb olmuşdu.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az