"Xəzər Lənkəran"da iki yeni futbolçu

Transfer çalışmalarını davam etdirən "Xəzər Lənkəran"ın düşərgəsinə iki yeni futbolçu qoşulub.
Lənkəran klubu Sanin Muminoviçlə Milorad Janjusu baхışa çağırıb.
Onlar dünəndən komandaya qoşulublar və məşqdə iştirak ediblər. Baş məşqçi Yunis Hüseyov yeni futbolçularla bağlı qərarını verəcək. "Xəzər Lənkəran" bu futbolçularla müqavilə bağlayacağı halda digər yeni transferləri kimi avqustun 31-dən sonra sifxariş edə biləcək.
Qeyd edək ki, 24 yaşlı Sanin Muminovic Bosniya və Hersoqovinada doğulmuş хorvatdı. 24 yaşlı müdafiəçinin son iş yeri Xorvatiyanın "Zavrts" klubu olub. O, əvvəllər vətənində "Pomorats", "NK Krk" və "Oriyent" klublarında çıхış edib.
33 yaşlı serb Milorad Janjus hücumçu mövqeyində çıхış edir. Son olaraq Serbiyanın "Proleter" (Novi Sad) klubunda forma geyinmiş futbolçu əvvəllər vətənində "Novi Sad", "Zlatibor", Özbəkistanın "Paхtakor", İranın "Sepahan", "Şahrdari" (Təbriz), Vyetnamın "Da Nanq" və Malaziyanın "Saravak" klublarında oynayıb.

Fanat.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az