Xocalı sakinindən Sahil Babayevə MÜRACİƏT
Xocalı rayonundan məçburi köçkün Abbasov Ədalət Cəfər oğlu tərəfindən Miq.Az saytına ünvanlanmış şikayət məktubunu oxuculara təqdim edirk:
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri
Cənab Sahil Babayevə
Sürəti:
Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya xidmətinin rəisi
İlqar Qurbanova
Ərizə
Bildirmək istəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya xidmətinin rəhbərliyi biz əlil insanlara qarşı süründürməçilik edir, bəzi vəzifəli şəxslər buna göz yumaraq haqsızlıq edirlər. Belə ki, məhkəmə qəbzindən görünür ki, cavabdeh tərəfindən 06.08.2018-ci il tarixdə 2-(81)-3250/2018 saylı məhkəmə qərarını 13 avqust 2018-ci il tarixdə imza edərək qəbul etmişdir və bu barədə 06.08.2018-ci il tarixdə 2-(81)-3250/2018 saylı məhkəmə qərarı 13.09.2018-ci il tarixdə qanuni qüvvəsini aldığından 17.09.2018-ci il tarixli məktubla icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya xidmətinə göndərilmişdir.
Lakin Azərbaycan Respublikası adından qanuni qüvvəsini almış məhkəmə qərarı icra edilməyərək dolayı yollarla qanunlarımızın aliliyinə tərədüdlə yanaşılır, belə haqsızlıq ədalətsizlik olmaz. Axı biz əlillər, veteranlar sağlamlığımızı itirməsəydik, vətənimiz Azərbaycanı müdafiə etməsəydik, vətən müdafiəsində Ümimilli Liderimiz Heydər Əliyevə sadiq olmasaydıq, bu gün bu kimi gözəl Azərbaycanımız olmazdı.
Xahiş edirəm ki, Azərbaycan Respublikası adından çıxarılan, qanuni qüvvəsini alan məhkəmə qərarını icra edəsiniz və 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya xidmətinə ciddi göstəriş verəsiniz.
Miq.Az