Xocalı soyqırımını törədən erməni komandir öldü-Karen Kazaryan
Xocalı soyqırımının əsas təşkilatlarından biri olan Karen Kazaryan ölüb.
Verilən məlumata görə, erməni komandir 59 yaşında dünyasını dəyişib. "Arabo" dəstəsinin yaradıcılarından biri olan Karen hərbi şuranın üzvü olub.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, 59 yaşında xəstəlik səbəbindən ölüb. Laçında və digər rayonlarda qırğınlar törətmiş quldur komandir bu əməllərinə görə Ermənistan kriminal hakimiyyəti tərəfindən "mükafatlandırılıb".
Buna görə Ermənistan bu terrorçunu bir sıra dövlət mükafatlarına layiq görüb.
Karen Kazaryan 12 may tarixində dəfn olunacaq.
Miq.az