Bakı şəhəri, Azadlıq prospekti 200/36 ünvandakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xilasedicilərdən də yaralanan olub.
Vətəninfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin şəxs Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Şahverdiyev Xətai Akif oğludur. O, binadakı sakinlərdən birini xilas edən zaman yaralanıb. Bu barədə Xətainin özü məlumat verib:
“14-cü mərtəbədən Bilal adlı, orta yaşlı bir şəxsi xilas etdim. Əynimdəki döyüş paltarını, əleyhqazı ona verdiyim üçün özüm zəhərləndim, qolum kəsildi. Amma xilas edə bildim. Öz işimlə, peşəmlə fəxr edirəm. Hələ ki, bununla özümə təsəlli verirəm. İndi yaxşıyam, narahat olmayın”.
Xilasedicinin atası Akif Şahverdiyev Xətainin artıq evə buraxıldığını qeyd edib:
“Tibbi müdaxilədən sonra səhhətinin o qədər də ağır olmadığı bildirilib, evə buraxılıb. Tanışların nəzərinə çatdırıram ki, sağ- salamatdır, səhhəti üçün heç bir təhlükə yoxdur.
Əzizlərini itirmiş insanlara dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm!”
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?