YAP-da alternativ seçkiyə hazırlıq gedir

YAP-da alternativ seçkiyə hazırlıq gedir

“Vətəninfo.az”ın yaxın qaynaqlardan əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) parlamentin tərkibinin 250-yə çatdırılması məsələsi reallaşacağı təqdirdə, partiyanın xətti ilə seçiləcək şəxsləri indidən müəyyən etməyə başlayıb. Məlumatlı mənbənin sözlərinə görə, partiya rəhbərliyi növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə, bu gün YAP adından parlamentdə oturan bir sıra şəxslərlə yollarını da ayıracaq. Yeni hazırlanan siyahıda isə daha çox partiyanın həyata keçirdiyi siyasi-idaloji xəttin təbliğində daha akiv şəxslərin yer alacağı istisna olunmur. Mənbə onu da bildirdi ki, partiya rəhbərliyinin bu istiqamətdə gizli tədarükü, hakimiyyət daxilindəki bir sıra qrupları narahat etməkdədir.Çünki seçki yolu ilə öz adamlarını parlamentə yerləşdirməyi bacaran qruplar, partiyanın hazırlanan siyahısına müdaxilə etmək niyyətdindədirlər. Amma mənbə bu məsələdə Əli Əhmədov başda olmaqla, partiyanın digər rəsmilərinin tutduqları mövqedən geri çəkilmək niyyətində olmadığını bildirdi. Hətta bir sıra rayon təşkilatlarının sədrlərinin Ə.Əhmədova bu məsələdə dəstək verdiyi də iddia edilməkdədir. Hakim partiya parlamentdə iş adamlarının təmsil olunmasının müsbət qəbul etsə də, onların sayının az olması tərəfdarıdır. Eyni zamanda partiya rəhbərliyi müəyyən vəzifə tutan məmurların qohum-əqrabalarını parlamentə salma məsələsində də fərqli düşüncəyə malikdir.
Mənbənin sözlərinə görə, partiya rəhbərliyi bu üsulun hakim partiyanın imicinə müəyyən mənada mənfi təsir etdiyi qənaətindədir.

Kamran



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az