Məlum olduğu kimi, hazırda Cənubi Qafqazın ən böyük siyasi partiyası olan və dünyada mövcud olan bir çox siyasi partiyalarla sıx münasibət yaradan, nüfuzlu siyasi birliklərdə təmsil olunan Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ölkəmizdə, həm də regionda ən böyük gənclər təşkilatıdır. Yarandığı gündən etibarən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi öz fəaliyyətini müstəqil dövlətimizin ictimai-siyasi strategiyasına əsasən qurur və öz fəaliyyəti dövründə gənclərin maraqlarını əsas tutur. Bu səbəbdən də, Birliyin il ərzində keçirdiyi çoxsaylı layihələr, tədbirlər, konfranslar gənclərin böyük diqqət və marağına səbəb olur.
Bildiyiniz kimi, Azərbaycan son zamanlar bir çox mötəbər, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir. Məhz bu səbəbdən “I Avropa Oyunları”nın Azərbaycanda keçirilməsi təsadüfi hal deyil. “Baku 2015” Azərbaycanın adını dünya idman tarixində əbədi olaraq yazacaqdır. Bu məqsədlə, yarışın əhəmiyyətini ictimaiyyət arasında təbliğ etmək üçün biz gənclər öhdəmizə düşən məsuliyyəti, vəzifəni dərk edir və YAP Gənclər Birliyi olaraq bu istiqamətdə bir çox “flashmob”lar, dəyirmi masalar, internet aksiyalar və digər müvafiq layihələr həyata keçiririk. 30 may tarixində YAP GƏNCLƏR BIRLIYI (YAP GB) və Azərbaycan Velosiped Federasiyası (AzVİF) birgə Baku 2015 İlk Avropa Oyunlarına dəstək veloyürüşü keçirmişdir. Təyin olunmuş marşrut:
START: Üzeyir Hacıbəyov küç.66 (YAP GB ofisinin qarşısı)
Bülbül prospekti.
Neftçilər prospekti.
Nobel küçəsi.
Yusif Səfərov küçəsi.
Heydər Əliyev prospekti.
Koroğlu dairəsi.
Finiş: Bakı Olimpia Stadionu.