Hərbi komisarlıq isə cürətə gəlib
Gülər Əhmədova və onunla bağlı məlumatlar artıq bir neçə gündür yazılı və virtual medianın əsas manşet xəbəridir. Bu xəbərlər içərisində eks parlamanın özünə qəsd etməsindən tutmuş bir sıra bir-birindən ilginc məlumatlar vardı.Amma nədənsə onunla bağlı müxtəlif fikirlər səsləndirən hakim Yeni Azərbaycan Partiyasının rəsmiləri Əhmədovanı öz sıralarında saxlamaqda davam edirlər.Bu azmış kimi, Gülər Əhmədova hələdə Respublika Uşaq Təşkilatının sədri vəzifəsində qalmaqdadır. Bütün bunlar bir yana, heç adı video qalmaqalının düz mərkəzində hallanan Sevinc Babayeva belə Xətai Rayon M.Ə.Sabir adına Kitabxananın müdiri vəzifəsindən belə kənarlaşdırılmayıb. Bir neçə gün bundan öncə əldə etdiyimiz məlumatda deyilirdi ki, Gülər Əhmədova və onun ailəsi ciddi təlaş içərisindədir və eks parlamanın evində kim varsa ailə üzvülərindən ağızların bıçaq açmır. Yəni hər kəs susub bir-birinin üzünə baxır. Məlumata görə, Gülər Əhmədova tanıdığı kimlər varsa hansına telefon açır heç telefonuna cavabda vermirlər. Ailə isə bu duruma qatlaşa bilmir. Sadəcə olaraq G.Əhmədovanın həbs olunmaması üçün dua edirlər. Doğurdan da ağır bir hadisədi. Gülər Əhmədovanın oğlanlarına bu gün hərbi xidmətə çağrış gəldiyi haqqında xəbər yayıldıqdan sonra isə, vəziyyətin nə qədər ciddi olduğu tamamilə görünməyə başladı. Maraqlıdır ki, G.Əhmədova o deputat mandatın sinəsində gəzdirəndə niyə cürət edib onun evinə "Poveska" göndərmirdilər? Cənablar Gülər Əhmədova yıxılan kimi nə tez cəsarətləndiniz? Deməli ikili oynamısınız. Anası-atası vəzifə sahibi olanların oğlanları oğuldu, kasıbınkı toyuq-cücə? Alllan bu millət içərisində ayrıseçkilik salanların bəlasın versin. başqa nə deyə bilərik.