Yaponiya dünyanın ən böyük külək turbinini quraşdıracaq

Yaponiya dünyanın ən böyük külək turbinini quraşdıracaq
Zəlzələ nəticəsində yaranan sunami ilə dağılan "Fukusima-1” AES-nin fəaliyyətinin dayandırılmasından sonra Yaponiya alternativ enerji axtarışına çıxıb.
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər verir ki, elektrik enerjisi 7 meqavat gücündə külək turbinin qoyulması ilə əldə olunacaq. Külək turbininin hündürlüyü 104 m, propellerlərin hündürlüyü isə 80 metrə çatır. Turbini dənizin 32 km içərisində basdıracaqlar. Onu 20 ton ağırlığında lövbərlər yerində tutacaq.
Külək turbinin hazırlayanlar düşünür ki, quru Yaponiyada tez-tez görülən nəgəng dalğalara və sunamilərə davam gətirə biləcək.
NBC kanalına müsahibə verən mühəndis Kasunobu Simidzu bildirib ki, turbinin sualtı dayağı 20 m hündürlükdə dalğalara davam gətirə biləcək.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az