Yaralanan əsgərimiz əməliyyat olundu: Vəziyyəti ağırdır

Yaralanan əsgərimiz əməliyyat olundu: Vəziyyəti ağırdır
Mayın 10-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində başından ağır güllə yarası alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Mahmudlu hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunur.

Miq.az bakupost.az-a istinadən xəbər verir ki, dünən hərbçimiz əməliyyat olunub.

Əməliyyat normal keçsə də, hərbçimizin vəziyyəti hələ də ağırdır. Hazırda o, reanimasiya şöbəsindədir.

Qeyd edək ki, mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədiblər.

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.

Təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az