Bakı İdman Sarayında keçirilən boks üzrə tələbələr arasında dünya çempionatında finalçıların adları məlum olub. Azerisport.az xəbər verir ki, milli komandamızın 7 üzvü həlledici görüşdə çıxış etmək hüququ qazanıb.
Salman Əlizadə, Samir Məmmədov, Cavid Çələbiyev, Heybətulla Hacəliyev və Emin Əhmədovun ardınca daha iki boksçumuz yarımfinalda qələbə qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında dünya çempionu Şaban Şahpələngov ukraynalı Dmitri Kartaşov üzərində inamlı qələbə qazanıb. 3-cü raundda hakimlər döyüşü saxlayaraq, qələbəni həmyerlimizə veriblər. Tamerlan Abdullayev (69 kq) isə Qazaxıstan boksçusu Muratovu çətinliklə məğlub edib – 12:10. Təəssüf ki, Vətən Hüseynli (81 kq) və Kamran Mehdiyev (91+kq) finala vəsiqə qazana bilməyiblər. London Olimpiadasının iştirakçısı Vətən Hüseynli Ukrayna, Mehdiyev isə Rusiya boksçusuna məğlub olub.
Final görüşləri noyabrın 18-də, saat 14:00-da başlayacaq.
60 kq
Şaban Şahpələngov (Azərbaycan) – Dmitri Kartaşov (Ukrayna) tam üstünlüklə Şahpələngov qələbə qazanıb
Dmitri Yun (Rusiya) 11:8 Bünyamin Aydın (Türkiyə)
69 kq
Tamerlan Abdullayev 12:10 Ablaykan Muratov (Qazaxıstan)
Onur Sipal (Türkiyə) 9-9 Yevgeni Koşkarov (Rusiya). Qələbə Sipala verilib
81 kq
Sergey Nikitin (Rusiya) – Yerasil Seyfoldanov (Qazaxıstan). Tam üstünlüklə Nikitin qalib gəlib
Aleksandr Qanzulya (Ukrayna) 12:9 Vətən Hüseynli (Azərbaycan)
91 kq
Yusuf Acıq (Türkiyə) 11:5 Oleksandr Skorye (Ukrayna)
Kamran Mehdiyev (Azərbaycan) 9:14 Aleksey Yemelyanov (Rusiya)
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.