Yeni nazir Əjdər Olu vəzifədən çıxartdı
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurumda yeni islahatlar həyata keçirib.
Miq.Az Mia.az-a istinadən xəbər verir ki, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol), Daxili Nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev işdən çıxarılıb.
Qeyd edək ki, tanınmış şair Əjdər Ol uzun müddətdir bu sistemdə çalışır. Belə ki, 1958-ci il təvəllüdlü Əjdər Ol Azərbaycan Respublikasının Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi (1994-2002) vəzifəsindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna gəlib, Kadr və Hüquq Departamentinin direktoru (2002-2004), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri (2004-2013) vəzifələrində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəridir.
Miq.Az