Yeni rəis generalın qohumunu işdən çıxardı

Yeni rəis generalın qohumunu işdən çıxardı

Dövlət Miqrasiya Xidmətinə yeni təyinat alan Vüsal Hüseynov kadr islahatlarına start verib.

Miq.Az Unikal.org-a istinadən xəbər verir ki, V. Hüseynov Dövlət Miqrasiya Xidmətində bölmə rəisi Şəhriyar Tariyevi tutduğu vəzifədən azad edib. DMX rəisi bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, vəzifədən azad olunan Şəhriyar Tariyev Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, general Firudin Nəbiyevin əmisi oğludur. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az